Türkiyə Qara dənizdən təbii qaz çıxarılması üçün son günləri sayır. Bu barədə İnsanoid “TRT Haber”ə istinadən bu gün, 14 aprel tarixində xəbər verir.
Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra mətbuata açıqlama verib.
Ərdoğanın açıqlamaları arasında diqqət çəkən məqamlardan biri isə Qara dəniz qazının istehsalı olub.
Erdoğan:
“İmkanımız olsa, təbii qazımızı aprelin 20-si ərəfəsində alırıq. Hazırda bütün planlar və hesablamalar buna uyğundur. Bundan sonra biz bunu mövcud təbii qaza inteqrasiya edərək, artıq addımlarımızı atmış olacağıq”.