top
Naxçıvanda oğlan bacısını sevən DOSTUNU BIÇAQLADI-TƏFƏRRÜAT
29 noyabr 2024, 06:10
- +

Naxçıvanda oğlan bacısını sevən DOSTUNU BIÇAQLADI-TƏFƏRRÜAT

Naxçıvanda 18 yaşlı oğlan bacısını sevən oğlanı bıçaqlayıb.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Belə ki, 2006-cı il təvəllüdlü Sədi Əliyev (ad şərtidir) Şərur rayonu, Maxta kəndində doğulub. Bu il iyunun 26-da 1 nömrəli tam orta məktəbin həyətyanı sahəsində bacısını sevən 2003-cü il təvəllüdlü Elçin Həsənovu (ad şərtidir) bıçaqlayıb.

Sədi Əliyev Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sədi Əliyev özünü təqsirli bilib. O ifadəsində göstərib ki, dostunun bacısını sevdiyini qəbul edə bilməyib:

“Təxminən 2-3 il əvvəl Elçin mənə “mən sənin bacını istəyirəm” dedi. Mən isə “biz dostuq, yoldaşıq, bir-birimizin evinə get-gəl edirik” cavabını verdim. Elçin niyyətinin ciddi olduğu üçün mənimlə danışmaq istədiyini, lakin bu məsələni daha bağladığını dedi. Bir neçə ay sonra anamın telefonuna mesaj yazaraq bacımı bəyəndiyini deyib. Bacım isə “siz mənim qardaşımsınız” deyə cavab verib.

Bir gün yolda dostum Elçin, bacım və xalam qızının ciddi söhbət etdiklərini gördüm. Onların yanına gedib nə olduğunu soruşduqda, Elçin “bir nəfər sənin bacını istəyir, mən gedib onu təhqir etdim, haqq-hesab budur” cavabını verdi. Bacımdan bundan xəbəri olub-olmadığını soruşdum, o da məlumatsız olduğunu dedi. Elçinlə aralarında olan söhbəti mənə dəqiq danışmasını dedim. Bacım Elçinin onun yanına gəlib telefonda qızla oğlanın əl-ələ olan şəkilini göstərərək şəkildəki qızın o olub-olmadığını soruşduğunu, “TikTok”da az şəkil paylaş” dediyini, Elçinə “sənə nə var mənim həyatımdan?” dedikdə “mən sənin qardaşınla dostam, mən bunu eləməliyəm” dediyini bildirdi. Daha sonra bacım qarşılığında “sən necə dostsan ki, 2 il bundan öncə mənə yazırdın, söz yollayırdın?” deyə soruşduğunu, Elçinin “o məsələ bağlandı, mən səni əvvəlcə də qoruyurdum, indi də qoruyuram” deyə cavab verdiyini bildirib.

Elçini görüşə çağırdım, aramızda yaşanan mübahisəyə görə gözüm dönüb onu bıçaqladım”.

Araşdırmalarda Sədi Əliyevin 7 yaşından etibarən psixologiyasında problem olduğu, bununla bağlı müalicə aldığı məlum olub.

Məhkəmənin istintaqında zərərçəkmiş Elçin Həsənov ifadəsində göstərib:

“2021-ci ildən dostum Sədinin bacından xoşum gəldiyi üçün ona bu barədə fikrimi  dedim. Sədi “biz dostuq” cavabını verdikdən sonra mən söhbəti bağladım. Bir də bu məsələ açılmadı. Sədi Türkiyədə olduğu üçün bacısını bizə tapşırmışdı. Mən də Sədinin dostu və bacısı da məhəllə qızı olduğu üçün onu qoruyurdum. Sədinin bacısı Sürəyya mesaj yazaraq “bizdə alınmaz, biz bir yerdə böyüyən uşağıq” dedikdə “sizdən xoşum gəlirdi, fikrim ciddi idi, mən pis insan deyiləm” deyə bildirdim, həmin danışıqdan sonra bu mövzu barədə söhbət bağlanıb.

Hadisədən 2-3 gün qabaq Sürəyyanı Mehman adlı şəxslə gördüm. Mehmanla görüşüb “dostumun bacısıdır sən niyə onunla görüşürsən?” dedim. Bu hadisədən sonra Mehman adlı şəxs Sürəyyaya zəng edib “Elçin bizim hər şeyimizi bilir, zəng vurub qardaşına deyəcək” deyə xəbər verib. Sədi məni görüşə çağırdı. Bundan sonra olanlar oldu”.

Şahid qismində dindirilmiş Sürəyya Əliyeva Elçini uşaq yaşlarından məhəllədən tanıdığını deyib:

“3 il əvvəl Elçin mesaj yazaraq məndən xoşu gəldiyini bildirdi. Mən də “yox” cavabı verdim. Bundan sonra Elçin məni narahat etmədi. Təxminən 5-6 ay öncə axşam saatlarında iki nəfər dostumla gəzərkən Elçin bizi gördü. Elçin bizə yaxınlaşdı, telefonunda olan şəkli göstərib həmin şəkildəki qızın mən olduğumu iddia etdi. Şəkildəki qız olmadığımı desəm də, o, təkidlə “bu şəkildəki sənsən” dedi. Bu sözlərindən acıqlanaraq “şəkildəki mən deyiləm, amma şəkildəki mən olsam belə sənə nə var?” dedim. Sədi bizi görəndə nə olduğunu soruşdu. Dalaşmamaları üçün heç nə olmadığını dedim. Amma nəticə bıçaqlanma oldu”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə hadisədə təqsirləndirilən Sədi Əliyev 3 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Oxşar xəbərlər