Rusiyanın ən böyük onlayn pərakəndə satış mağazası “Wildberries” Azərbaycanda fəaliyyətə başlayıb.
Bu barədə 1 avqust tarixində Banker.az xəbər verir.
“Wildberries” beynəlxalq onlayn platforması öz coğrafiyasını genişləndirir və Azərbaycan bazarına daxil olur. Platformanın ölkədə işə başlaması sayəsində sakinlər geniş çeşiddə mallara çıxış əldə edəcəklər, yerli biznes nümayəndələri isə satışa başlamaq imkanı qazanacaqlar”, – məlumatda deyilir.
Məlumata görə, Azərbaycanda alıcıların ixtiyarına 5 milyondan çox mal çeşidi verilir. Bildirilir ki, malları sifarişlərin verilmə məntəqələrində təhvil almaq mümkündür.