Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. Bununla bağlı 27 dekabr tarixində Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Azərbaycan Mərkəzi Bankının qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında qurum gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarından azad edilib.