2023-cü ildə Azərbaycanda istehlak qiymətləri 2022-ci ilə nisbətən 8,8% artıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 15 yanvar tarixli hesabatında əks olunub.
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət artımı 9,6%, qeyri-ərzaq məhsulları üzrə 8,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,2% təşkil edib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki ilin dekabr ayı ilə müqayisədə 2,7% olub.