Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 9,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4%, qeyri-ərzaq məhsulları üzrə 8,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,6% təşkil edib. Bu barədə 11 dekabr tarixində Dövlət Statistika Komitəsinin 11 dekabr tarixli hesabatında əks olunub.
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,9%, ötən ilin noyabr ayına nisbətən 104% təşkil edib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən azalma, əsasən, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, artım isə mənzillərin icarə haqlarında müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.