Bu gündən Azərbaycanda FIA həftəsi başlayıb. Bu barədə Report 4 dekabr tarixində xəbər verib.
Dekabrın 8-dək paytaxtda FIA Baş Assambleyalarının iclasları və mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.
Bu, avtomobil idmanı sahəsində ilin ən gözlənilən tədbirlərindən biri hesab edilir. Bakı beynəlxalq tədbirin qonaqlarını artıq qəbul etməkdədir.
FIA-nın Bakıdakı tədbirlərinə 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri gələcəklər.