Böyük Britaniyanın BP neft-qaz şirkəti Qırmızı dənizlə neft tankerlərinin daşınmasını müvəqqəti olaraq dayandırıb. Bu barədə Report 18 dekabr tarixində xəbər verib.
Buna səbəb olaraq Yəməndəki husi qiyamçılarının gəmi və tankerlərə hücumu göstərilib.
Danimarkanın “A.P. Moller-Maersk” və Almaniyanın “Hapag-Lloyd” şirkətləri də dekabrın 15-də Qırmızı dəniz vasitəsilə daşınmalarını dayandırıb.
Dekabrın 16-da Fransanın “CMA CGM” və İsveçrənin Aralıq dənizi gəmiçilik (MSC) müəssisələri də bu marşrutla bütün konteyner daşımalarını dayandırdıqlarını elan edib.