Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 8,5%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib. Bu barədə 20 dekabr tarixində Mərkəzi Bank məlumat verib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5% bəndi azaldılaraq 7%-dən 6,5%-ə, yuxarı həddi isə 0,5% bəndi azaldılaraq 9,5%-dən 9%-ə endirilib.
Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə çatdırılması qrafiki bu ilin sonunda açıqlanacaq.
[gallery link="file" columns="1" size="full" ids="155991"]