Türkiyənin milli valyutasının - lirənin məzənnəsi tarixi minimumunu yeniləyib. Bu barədə İnsanoid 11 yanvar tarixində xəbər verir.
Hazırda 1 ABŞ dolları 30 lirə təşkil edir.
Türkiyə maliyyə naziri Mehmet Şimşek bildirib ki, Türkiyə rəsmiləri lirə/dollar məzənnəsi ilə bağlı hədəflər qoymayıb, məzənnə sərbəst buraxılıb.
İllik inflyasiya 2023-cü ilin noyabrında 61,98 %, dekabrında isə 64,77 % təşkil edib.