Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.
Bu barədə 28 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-nin prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-nin nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə Mikayıl Cabbarov bildirib.
Türkmənistana işgüzar səfərimiz çərçivəsində #SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin #Türkmənistan-da uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə,… pic.twitter.com/lfDETtjYZg
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 28, 2023