top
İki qadınla evləndi, iki uşağı doğuldu, aliment verməkdən yayındı - MƏHKƏMƏ
28 fevral 2025, 01:36
- +

İki qadınla evləndi, iki uşağı doğuldu, aliment verməkdən yayındı - MƏHKƏMƏ

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınan şəxsə hökm oxuyub. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İnsanoid.com xəbər verir ki, 1983-cü il təvəllüdlü təqsirləndirilən şəxs iki dəfə evli olub və hər ikisindən boşanıb. O, məhkəmə qərarı ilə keçmiş həyat yoldaşlarına hər ay müəyyən edilmiş məbləğdə aliment ödəməli idi. Balakən Rayon Məhkəməsinin 2012-ci ildə çıxardığı qətnaməyə əsasən, o, yetkinlik yaşına çatana qədər birinci uşağı üçün ayda 60 manat, Nərimanov Rayon Məhkəməsinin 2023-cü il tarixli qərarı ilə isə ikinci uşağı üçün hər ay 220 manat aliment ödəməli olub.

Lakin təqsirləndirilən şəxs uzun müddət aliment ödəməkdən yayınaraq, ümumilikdə 11 900 manat borc toplayıb. Ona, dəfələrlə məhkəmə və icra orqanları tərəfindən xəbərdar edilib və inzibati məsuliyyətə cəlb olunub. 2017, 2019 və 2024-cü illərdə ona müxtəlif müddətlərdə inzibati həbs cəzası verilsə də, borcunu ödəməkdən boyun qaçırıb.

Son olaraq, 2025-ci ilin fevral ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılan təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb. Hakim onun qərəzli şəkildə məhkəmə qərarlarını icra etmədiyini sübut olunmuş hesab edərək, azadlıqdan məhrumetmə cəzası təyin edib.

Qərara əsasən, cəzanın icrası 7 fevral 2025-ci ildən hesablanacaq və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəsi üçün dövlət hesabına ödənilmiş 180 manat vəsait vəkil bürosuna köçürüləcək.

Hökmdən 20 gün ərzində apellyasiya şikayəti vermək hüququ təmin edilib.

Yuxarıda qeyd etdiyimiz kimi, aliment ödəməkdən yayındığına görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən İmran Əliyev (ad-soyad şərtidir-red.) iki dəfə evlənib və hər iki həyat yoldaşından boşanıb. Hər iki evlilikdən onun bir uşağı dünyaya gəlib.

Birinci uşaq 2005-ci ildə anadan olub və onun anası Hüseynova (Vəliyeva) Silduzə Hacı qızıdır (ad-soyad şətdidir-red.)

İkinci uşaq 2011-ci ildə anadan olub və onun anası Abdulova (Vəliyeva) Leyla Şamil qızıdır (ad-soyad şətdidir-red.)

Beləliklə, apellyasiya şikayəti təmin olunmasa, aliment borcunu ödəməyən İmran Əliyev qarşıdakı 1 il 3 ayı həbsxana divarları arasında keçirməli olacaq.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Oxşar xəbərlər