Rusiyada “ruhu onun əsarətinə düşməsin” deyə qaraçı qadının boğazını kəsib
Hadisə Sankt-Peterburq şəhərində baş verib.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı Nikolay gələcək qurbanı olan qadını 22 il idi ki, tanıyırdı. O və ailəsi qaraçı qonşusuna inanaraq və xəstəlikləri “müalicə etmək” üçün ona pul ödəyiblər.
Lakin 2024-cü ildə kişinin arvadı vəfat edib, özü isə ağır xəstələnib. Həmin ərəfədə qaraçı Nikolaydan uşaqlarının telefon nömrələrini öyrənməyə çalışıb. Onda kişi bütün problemlərin qonşusunun işi olduğundan şübhələnməyə başlayıb və güman edib ki, qadın onun ailəsini “lənətləmək" istəyir.
Nikolay bal almaq adı ilə qadının yanına gələrək onu bıçaqlayaraq öldürüb.