ABŞ-nın Vaşinqton ştatında üç bacının qətli ilə bağlı yeni detallar açıqlanıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, ekspertiza nəticələrinə görə ata, yəni Trevis Deker cinayətdə yeganə şübhəli şəxsdir.
Hadisə iyunun 2-də baş verib. 9 yaşlı Peytin, 8 yaşlı Evelin və 5 yaşlı Oliviyanın meyiti Rok Aylend düşərgəsi yaxınlığında tapılıb. Məlumata görə, əlləri arxadan bağlanan körpələrin başına isə plastik torba keçirilib.
Torbalardan və bağlardan götürülmüş nümunələrdə ataya məxsus DNT izləri aşkar edilib. Eyni zamanda maddi sübut kimi götürülən əşyaların, yəni çanta və iplərin üzərində də uşaqlara məxsus DNT izləri tapılıb. Bu da onların boğularaq öldürüldüyünü təsdiq edib. İyul ayında Trevisin avtomobilində ona məxsus qanlı əl izləri də aşkar edilib. Bu maşın qızların meyitlərinin tapıldığı yerin yaxınlığında aşkarlanıb. Bütün əşyayi-dəlil və faktlara baxmayaraq, Deker hələ də tapılmayıb.
ABŞ Marşalları Dekerin həbsinə kömək edəcək məlumat üçün 20.000 dollar mükafat təklif edir. Sözügedən şəxs həm insan oğurluğu, həm də kütləvi qətldə ittiham olunaraq müvafiq maddələrlə axtarışa verilib.
[gallery link="file" columns="1" size="full" ids="227050"]