Ucarda sinif yoldaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) İnsanoid.com-a verilən məlumata görə, Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə 04.02.2025-ci il tarixində Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:
“İlkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş 05.02.2025-ci ildə ambulator müalicə üçün evə buraxılıb”.
Nəzrin Vahid
***
10:39
Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.
İnsanoid.com xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.
Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.
Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.
Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.