Tailanddan olan yüzlərlə qadın Gürcüstanda “insan toxum hüceyrəsi fermasında” qul kimi saxlanılıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, onlar surroqat analıqdan pul qazanmağı təklif edən Çin şirkətlərindən biri tərəfindən aldadılıblar. Mükafatın 600 min bat (30 300 manat) olacağına söz verilib.
Qadınların pasportları əllərindən alınıb. Onlardan toxum hüceyrəsini əldə etmək üçün qadınlara hormon terapiyası tətbiq edilib. Biomateriallar isə satışa çıxarılıb.
Əsirlikdən qurtulmaq üçünsə onlardan 70 min bat (3 500 manat) tələb edilib.
Qurbanlardan biri həmin məbləği ödədikdən sonra Tailanda qayıda bilib və orada başına gələnlər barədə hər şeyi hüquq-mühafizə orqanlarına söyləyib. Bundan sonra daha üç qadın sərbəst buraxılıb.