Marcelino Abad Torentinonun dünyanın ən yaşlı insanı olduğuna inanılır və o, bu yaxınlarda 125 yaşını qeyd edib.
İnsanoid.com xəbər verir ki, Marcelino Abad Tolentino uzunömürlülüyünü pəhrizi ilə izah edir. O, öz bağçasında yetişdirdiyi tərəvəzlərlə qidalanır.
Kişinin boyu cəmi 127 santimetrdir, heç vaxt evlənməyib və övladı yoxdur.
Qeyd edək ki, Ginnesin Rekordlar Kitabı böyük ehtimalla onun rekordunu tanımayacaq, çünki onun doğum haqqında şəhadətnaməsi yoxdur. Tolentino Perunun ucqar əyalətlərindən birində anadan olub və həyatının çox hissəsini elektrik enerjisindən istifadə etmədən yaşayıb.