Donqar balina bir qayıqçını udsa da, sonuncu sağ qalmağı bacardı.
İnsanoid.com xəbər verir ki, fevralın 8-də Çilinin cənubundakı Punta Arenas şəhərinin sahilindəki El Aguila körfəzində heyrətamiz hekayə baş verib.
Dell Simankas 24 yaşlı oğlu Adrian Simankas ilə baydarka ilə üzürmüş və bu zaman iri su canlısının hücumuna məruz qalıblar. Ata balinanın oğluna hücum edərək onu qayıqla birlikdə udaraq dərin sularda itdiyi anı lentə almağı bacarıb.
Bir neçə saniyə sonra gəncin heç bir zədə almadan yenidən suyun səthinə çıxdığı görüldü.
Qeyd edək ki, kanoeçilərin hər ikisi hadisə zamanı heç bir xəsarət almadan sahilə qayıdıb.