30 yaşlı supermodel Cici Hadid bir neçə gün öncə Nyu-Yorkda keçirilən Met Gala Moda İnstitutu balının qırmızı xalçasında tək görüntülənib.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, onun sevgilisi, məşhur aktyor Bredli Kuper tədbirə naməlum səbəbdən qatılmayıb. Lakin Hadid “Vogue” jurnalına verdiyi açıqlamada münasibətləri ilə bağlı narahatlığa əsas olmadığını bildirib:
“Səhər yuxudan oyandım və sevgilimlə bir yerdə idim. Rahat, gülüşlə dolu bir səhərimiz oldu”, – deyə model bildirib.
Jurnalın sosial şəbəkələrdə paylaşdığı videoda Hadid uğurunun sirrini də bölüşüb: “Düşünürəm ki, bir az protein – məsələn, qızardılmış toyuq – gərginliyi azaltmağa kömək edir.”
Xatırladaq ki, Cici Hadid və Bredli Kuper 2023-cü ilin payızından birlikdədirlər. Hadid daha əvvəl aktyor Leonardo DiKaprio ilə münasibətdə olub, Kuper isə model İrina Şeyk ilə birlikdə idi.
49 yaşlı Bredli Kuperin Şeykdən 8 yaşlı qızı Lea, Hadidin isə müğənni Zeyn Malikdən 4 yaşlı qızı Xay var.