“Vətəndaş A” serialının prodüseri Sevinc Əliyeva Dövlət Sərhəd Xidmətinin serialın çəkiliş heyətinin dronunu vurması barədə xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
OLAY.az xəbər verir ki, bu barədə o, serialın rəsmi səhifəsi ilə birgə açıqlama yayıb. Sevinc “DSX dronumuzu vurdu” iddiasının həqiqəti əks etdirmədiyini bildirib:
“İctimai Televiziya və mən (“Vətəndaş A” serialının baş prodüseri) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulmayıb, dron radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir”.

Bundan əlavə, Sevinc dron operatorunun "Whatsapp" mesajını da sosial media hesabında paylaşıb:
“Bu TikTok-da olan danışıq çox məntiqsizdir. Orada dronu kimsə vumayıb, mənim səhvimə görə qayaya dəydi. Dronun 3 linzası var: normal, orta, “zoom”. Orada linza çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur. Ona görə də məsafə hesabını götürmək çətin olur. Həmin o avtobus səhnəsini çəkəndə “zoom linza” ilə çəkirdim. Həmişə dronun radarları sönülü olur. Yaddan çıxıb riskli yerlərdə yandırdım. 72 km/saat sürətlə hərəkət etdirdim, dron qayaya çırpıldı. Məsələ budur”.
Qeyd edək ki, bu barədə açıqlamanı serialın rejissoru Elvin Rüstəmzadə kulis.az-a müsahibəsi zamanı söyləmişdi.

