Türkiyəli model-aparıcı Çağla Şıkel gənc qalmağının sirrini açıqlayıb.
İnsanoid.com xəbər verir ki, 46 yaşlı model yediyi qidalara diqqət etdiyini bildirib. O, gənc qalmağını hər gün keçi südü, zəncəfil, bal və kokos qarışğından hazırlanmış "qızıl süd" içməyə borclu olduğunu qeyd edib.
Çağla əlavə edib ki, gənc qalmasının bir digər sirri isə kəllə-paça (xaş) içməsidir. O, hər axşam bu şorbadan içdiyini vurğulayıb.
O, həmçinin dərisinin sallanmasının qarşısını almaq üçün düyü suyundan hazırlanmış buzdan istifadə edir. Bunun üçün yarım stəkan düyünü su ilə yuyur. Daha sonra düyünün üzərinə su əlavə edib 15-30 dəqiqə gözləyir.
Düyünü süzüb həmin suyu buz qablarına töküb buzxanaya qoyur. Həmin buzlarla üzünü masaj edir.
Model gün ərzində bol su içir və meyvə-tərəvəzlə qidalanır. Çağla gün ərzində yüngül makiyaj edərək dərisinin nəfəs almasına şərait yaradır.
Qeyd edək ki, Çağlanın atası Qars azərbaycanlısıdır.