top
Kişilər dikdaban geyinməyi necə tərgitdilər? Şah Abbasın dünyaya yaydığı dəb əsrlər sonra porno elementi kimi ortaya çıxdı
04 dekabr 2024, 02:13
- +

Kişilər dikdaban geyinməyi necə tərgitdilər? Şah Abbasın dünyaya yaydığı dəb əsrlər sonra porno elementi kimi ortaya çıxdı

Hündür dabanlı tuflilər heç də həmişə qadın modasının atributu olmayıb. Əksinə, əvvəllər kişi ayaqqabısının elementi idilər.

Hündür dabanlı ayaqqabı praktiki istifadə üçün az yararlıdır, belə tuflidə çox gəzmək olmaz, ümumiyyətlə, elə bil, gəzmək üçün yaradılmayıb.

Mədəniyyət tarixçilərinə görə, elə belədir ki, var.

“Hündür dabanlar uzun əsrlər boyu Yaxın Şərqdə yayılmışdı; süvari ayaqqabısının komponenti idi”, - Torontodakı “Bata” ayaqqabı muzeyinin əməkdaşı Elizabet Semmelhak deyir.

İrandan başlayan yol

Hündür dabanlı süvari çəkmələri İran atlı qoşunu üçün adi hal idi.

“Süvariyə üzəngidə ayağa qalxmaq lazım gələndə, daban ona bu pozanı qorumağa və oxla nişan almağa kömək edirdi”, - Semmelhak deyir.


XVI əsrin sonlarında İran şahı I Abbas o zaman üçün dünyada ən güclü süvari qoşuna malik idi. Osmanlı imperiyasına qarşı müttəfiq axtaran şah Qərbi Avropa ilə münasibətlərini möhkəmləndirməyə can atırdı.

Abbas 1599-cu ildə Avropaya ilk İran səfirliyini göndərdi. Onun diplomatları Rusiya, Norveç, Almaniya və İspaniya saraylarında oldular.

O zaman bütün Avropanı İran dəbi bürüdü. Avropa əsilzadələri geyim və ayaqqabıdakı İran motivlərinə xüsusilə aludə oldular. Hündür dabanlı çəkmələr aristokratlara ekzotika və igidlik simvolu təsiri bağışladı.

Orta əsrlər Avropa şəhərlərinin nahamar və natəmiz küçələrində belə ayaqqabı tamamilə qeyri-praktiki idi, amma zadəganları məhz bu cəlb edirdi.

Ayaqqabının qeyri-praktikliyi yüksək sosial statusun əlaməti sayılırdı. Belə ayaqqabı geyinən adam yer şumlamır və çox yerimirdi. Onların qisməti cins atlar üzərində şahə qalxmaq idi.

Fransa kralı XIV Lui belə ayaqqabıların kolleksiyaçılarından biri idi. Bəstəboy - cəmi 163 sm - kral daban sayəsində boyuna tam 10 sm əlavə edirdi. Onun tuflilərinin dabanlarını çox vaxt döyüş səhnələrinin təsviri bəzəyirdi.


Kral tufliləri həmişə qırmızı rəngdə olurdu. Bu rəng igidlik, döyüşkənlik, həm də zənginlik - qırmızı boyaqlar baha idi - simvolu sayılırdı.

Hündür dabanlar modası tezliklə La Manşı keçdi. II Çarlzın 1661-ci ildə tacqoyma mərasimi üçün çəkilmiş portretində monarx fransız dəbi üzrə hündür dabanlı qırmızı tuflidə təsvir olunub; hərçənd, 185 sm boyu olan hündür kişi idi.

Paltar dəyişikliyindən Maarifçiliyə

Təxminən həmin illərdə Avropa qadınları arasında kişi geyimi dəbi yayıldı.

“XVII əsrin 30-cu illərində qadınlar saçlarını qısa kəsdirməyə və epolet vurmağa başladılar. Onlar çubuq çəkirdilər və enli kənarları olan kişi şlyapaları qoyurdular. Hündür dabanları da məhz o zaman mənimsədilər: bu, qadın modasına cəsarət çaları qatmaq cəhdi idi”, - Semmelhak danışır.

Bu dəb Maarifçilik dövrü başlayana qədər, İngiltərədə rasionalizmə əsaslanan yeni ideyalar yayılana kimi sürdü. İndi zümrə fərqlərinin qabardılması qəbahət sayılmağa başladı. Moda isə daha çox praktiklik mülahizələrinə yönəldi.

XVIII əsrin əvvəlləri üçün ingilis aristokratiyası daş-qaşdan, parlaq rəngli geyimlərdən və qeyri-adi ayaqqabılardan imtina etdi. Müxtəlif sosial təbəqələrə məxsus kişilərin geyimindəki fərqlər daha az nəzərə çarpırdı, amma kişi və qadın dəbi arasındakı kontrast gücləndi.

“Bu, kişilərin təhsil və tərbiyə sayəsində vətəndaş ola biləcəkləri barədə təsəvvürlərin yayılması ilə bağlı idi. Qadınlar, əksinə, o zaman emosional, sentimental və təlim olunmayacaq varlıq sayılırdılar. Onların geyimində tez-tez irrasionallıq gözə dəyirdi və hündür dabanlar da bunun əlaməti idi”, - Elizabet Semmelhak izah edir.

1740-cı ilə qədər ingilis kişilər arasında hündür dabanlı ayaqqabılar tamamilə dəbdən düşdü. Fransa inqilabından sonra isə qadınlar da geyinmədilər.

Pornoqrafiya faktoru

Hündür dabanlar yenidən XIX əsrin ortalarında dəbə mindilər və onların dirçəlişində əsas rolu yenicə ortaya çıxan fotoqrafiya oynadı.

Fotoqrafiyanı birinci mənimsəyənlərdən biri o zamankı pornoqraflar idi. Onlar kütləvi şəkildə çılpaq qadın fotoları çəkməyə başladılar və bu zaman qadınlar hündür dabanlı ayaqqabıda olurdular.

Elizabet Semmelhak hesab edir ki, hündür dabanları qadınlar üçün bu qədər cəlbedici edən məhz bu erotik komponent oldu.

XX əsrin 70-ci illərində kişi cinsindən bəzi rok ulduzları hündür platformalı çəkmələrdə fors edirdilər, hündür dabanlı kovboy çəkmələri isə 1960-cı illərdən həm kişilər, həm qadınlar arasında populyar idi.

Amma ümumən, hündür dabanlar kişi modasından tamamilə çıxıb. Elizabet Semmelhak düşünür ki, belə vəziyyət yenə dəyişə bilər, amma bunun üçün cinslərin tam bərabərliyinin yaranmasını gözləmək lazımdır.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Bütün Xəbərlər
07 aprel 2026, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Oxşar xəbərlər