Londonda yerləşən "AltoVolo" startapı üçnəfərlik Sigma adlı eVTOL sinfinə aid uçan aparatın prototipini təqdim edib.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, aparat 820 km-dən çox məsafə qət edə və 350 km/saat kruiz sürətinə çata bilir. Səs səviyyəsi isə helikopterdən 80% aşağıdır.
Rəqiblərindən fərqli olaraq, "AltoVolo" hava taksilərinə deyil, şəxsi uçan aparata ehtiyacı olan varlı müştərilərə fokuslanır. Sigma ofis damından və ya evin həyətindən birbaşa yaxtaya uçuş imkanı verir.
Şirkətdən bildirilib ki, prototipin sınaqları uğurla başa çatıb, növbədə tam ölçülü modelin hazırlanması var.