Güldənə Hidayətli Bakı Ali Neft Məktəbinə prorektor təyin edildi.
İnsanoid.com xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Facebook" sosial şəbəkə hesabında bildirib.
"Güldənə Hidayətli BANM-da həm bakalavr, həm də maqistratura üzrə təhsil alıb. Təhsilini bitirdikdən sonra biz onu doğma kollektivdə saxladıq.
Əvvəlcə kefiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb.
Gənc, dinamik, savadlı, yaradıcı xanımdır. Yüksəlişin qalibidir. Ən əsası öz kollektivinə sadiqdir.
Mən isə çox qürurluyam. İlk tələbə biletini, sonra isə bakalavr və maqistr diplomlarını təqdim etdiyim yetirməmizin təqdimatını prorektor vəzifəsinə təqdim etdim.
SOCAR prezidenti cənab Rövşən Nəcəfə və SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayevaya təqdimatımıza və məzunumuza göstərdikləri böyük etimada görə dərin minnətdarlığımı bildirirəm.
Güldənə xanıma isə böyük etimadı doğrultmağı və fəaliyyətində uğurlar arzu edirəm", - deyə rektor rektor paylaşımını şərh edib.