top
Psixiatriya sistemində sarsıdıcı eksperiment: Sağlam insanlara şizofreniya diaqnozu qoyuldu
10 may 2025, 02:24
- +

Psixiatriya sistemində sarsıdıcı eksperiment: Sağlam insanlara şizofreniya diaqnozu qoyuldu

1973-cü ildə psixoloq Devid Rozenhan həkimlərin sağlam insanları ruhi xəstələrdən ayıra bilib-bilməyəcəyini yoxlamaq qərarına gəldi. O, ABŞ-də psixiatriya sisteminin etibarlılığını yoxlamaq məqsədilə apardığı eksperimentdə maraqlı və eyni zamanda narahatedici nəticələr əldə etdi.

İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, eksperiment zamanı Rozenhan da daxil olmaqla, səkkiz tamamilə sağlam insan özlərini psixiatriya klinikalarına xəstə kimi təqdim ediblər. Onlar sadəcə “səslər eşidirəm”, “boşluq və davamlı döyüntü” kimi bir neçə yüngül simptomdan şikayətləndiklərini bildiriblər.

Buna baxmayaraq, onların hamısına “şizofreniya” diaqnozu qoyulub və dərhal neyroleptik dərmanlarla müalicəyə start verilib. Maraqlısı odur ki, “xəstələr” qısa müddət sonra normal davranmağa başlasalar da, tibb personalı onları yenə də xəstə kimi qiymətləndirməyə davam edib. Tibb bacılarının qeydə aldıqları müşahidələrdə “paranoyanın əlaməti” və “katatonik sindrom” kimi ifadələr yer alıb.

Eksperiment zamanı orta hospitalizasiya müddəti 19 gün olub, bəzi hallarda bu müddət 52 günə qədər uzadılıb. Sonda isə bütün iştirakçılar “remissiyada olan şizofreniya” diaqnozu ilə evə buraxılıblar.

Rozenhanın araşdırmasından sonra ən təsirli nəticələrdən biri yaşanıb. Bir klinika bu cür səhvlərin onlarda ola bilməyəcəyini iddia etdi. Buna cavab olaraq Rozenhan onlara saxta pasiyentlər göndərəcəyini bildirdi. Növbəti bir ay ərzində klinika 41 nəfəri saxta xəstə kimi müəyyən etdi. Halbuki, əslində Rozenhan heç bir pasiyenti ora göndərməmişdi.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər