Britaniya şahzadəsi Harri Londonda olarkən dostunun evini tapa bilməyib və bu səbəbdən o, üç müxtəlif evin qapılarını döyüb. Bu barədə İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir.
Hadisənin şahidlərinin sözlərinə görə, evlərdən birində qapını ona evin xidmətçisi açıb. Maraqlısı odur ki, o, şahzadəni tanımayıb və sadəcə qapını örtüb.
Ev sahibləri sonradan təhlükəsizlik kameralarının görüntülərinə baxdıqda qapılarında dayanan şəxsin Şahzadə Harri olduğunu anlayıblar.
Bildirilir ki, o, Böyük Britaniyada olduğu müddətdə məhz həmin dostunun evində qalmağı planlaşdırırdı.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.