top
AZAL və Moldova nümayəndələri arasında görüş keçirilib
10 aprel 2025, 23:28
- +

AZAL və Moldova nümayəndələri arasında görüş keçirilib

Bu gün “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Moldova Respublikası nümayəndə heyəti arasında görüş baş tutub.

İnsanoid.com xəbər verir ki, görüşdə AZAL QSC-nin prezidenti Samir Rzayev, Moldova Respublikasının Baş nazirinin müavini, İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldova Respublikasının nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişin daşımalarının artırılması və aviasiya sahəsində gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZAL prezidenti Samir Rzayev görüş zamanı bildirib ki, artan tələbatdan irəli gələrək 2025-ci ilin aprel ayından etibarən Bakı–Kişineu–Bakı reyslərinin sayı həftədə 5 dəfəyə çatdırılıb. Cari ilin may ayında isə 7 dəfəyə, yəni gündəlik uçuşlara qədər artırılması planlaşdırılır.

Moldova nümayəndə heyətinin rəhbəri Vladimir Bolea və səfir Aleksandr Esaulenko AZAL ilə əlaqələri yüksək qiymətləndirərək Moldova tərəfinin əlaqələrin inkişafına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Bakı–Kişineu–Bakı marşrutu üzrə müntəzəm uçuşlara 2023-cü ilin sentyabrında başlanılıb. 2024-cü ildə bu istiqamətdə 189 reys (gediş-dönüş) yerinə yetirilib və 49 636 sərnişin daşınıb. 2025-ci ilin ilk üç ayında isə 51 reys (gediş-dönüş) icra olunub ki, bu istiqamət üzrə 12 180 sərnişin daşınıb.

Hər iki tərəf reyslərin artırılmasının sərnişinlər üçün əlavə rahatlıq yaradacağına, Azərbaycan və Moldova arasında iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına da töhfə verəcəyinə əminliklərini ifadə edib.

Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Bu gün, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Bu gün, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Bu gün, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
Dünən, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Dünən, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Dünən, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Dünən, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Dünən, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Dünən, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Dünən, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
08 aprel 2026, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
08 aprel 2026, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
08 aprel 2026, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
08 aprel 2026, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
08 aprel 2026, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
08 aprel 2026, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
08 aprel 2026, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
08 aprel 2026, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
08 aprel 2026, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Oxşar xəbərlər