Ermənistanın baş naziri hesab etmir ki, delimitasiya prosesi dalana dirənib. Bu barədə Sputnik Armeniya xəbər verir.
Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər təqdim edib. Bunu baş nazir Nikol Paşinyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz prosesin davam etdirilməsinin məntiqi və konkret istiqaməti ilə bağlı Azərbaycana yazılı təkliflər vermişik. Hazırda onların cavabını gözləyirik", - deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmalara, həm də işin davam etdirilməsi təklif olunan konkret sahələrə aiddir. İlkin razılığa əsasən, tərəflər şimaldan cənuba - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin təmas nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar.
Erməni tərəfi növbəti mərhələyə harada başlamağın mümkün olduğunu göstərdi.
Baş nazir prosesin dalana dirəndiyini düşünmədiyini vurğuladı və hakimiyyətin bu istiqamətdə ardıcıl şəkildə irəliləyəcəyinə əmin etdi.
Daha əvvəl baş nazirin müavini Mger Qriqoryan bildirib ki, delimitasiyanın ikinci mərhələsinə başlamazdan əvvəl Ermənistan və Azərbaycan arasında dövlətlərarası komissiyaların yeni görüşü planlaşdırılır.