top
İlham Əliyev və Əhməd Əş-Şəraa Bəşər Əsəd hökumətini tənqid ediblər
12 iyul 2025, 06:30
- +

İlham Əliyev və Əhməd Əş-Şəraa Bəşər Əsəd hökumətini tənqid ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd Əş-Şəraa arasında keçirilən geniştərkibli görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı və əvvəlki rejimin yaratdığı zərərlər açıq şəkildə müzakirə olunub.


Prezident İlham Əliyev qeyd edib ki, Suriyada illər boyu Azərbaycana qarşı dost olmayan siyasət yürüdülüb, bu isə iki ölkə arasında durğunluğa səbəb olub. O vurğulayıb ki, Suriyada yeni rəhbərliyin formalaşması ilə əlaqələrin inkişafı üçün geniş imkanlar açılıb.


Əhməd Əş-Şəraa da öz növbəsində əvvəlki hökumətin yalnız Azərbaycanla deyil, bir çox ölkə ilə münasibətləri pozduğunu təəssüflə qeyd edib. O, Suriyanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.


 Əş-Şəraa, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və inkişaf uğurlarına görə təbriklərini çatdıraraq, Azərbaycanın 90-cı illərdəki çətinlikləri ləyaqətlə dəf etdiyini vurğulayıb.


 Görüşdə enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Suriya hazırda ağır enerji böhranı ilə üz-üzədir və yaxın zamanda Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək. Azərbaycan bu sahədə Suriyanın enerji təhlükəsizliyinə və infrastrukturunun bərpasına ciddi töhfə verə bilər.


Görüşdə həmçinin humanitar, təhsil və mədəni sahələrdə əməkdaşlıq, o cümlədən suriyalı tələbələrə təqaüdlər, mədəni irsin bərpası, və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki bərpa təcrübəsinin Suriya ilə bölüşülməsi məsələləri də müzakirə olunub.


Bu görüş, yeni mərhələyə qədəm qoyan Azərbaycan–Suriya münasibətlərinin real əməkdaşlıq zəminində inkişaf etməsi üçün mühüm siqnal kimi qiymətləndirilir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Bütün Xəbərlər
07 aprel 2026, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Nəqliyyat
06 aprel 2026, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
06 aprel 2026, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
06 aprel 2026, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Oxşar xəbərlər