Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevlə telefon danışığı gündəmdə deyil.
Apa.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavabında bildirib.
“Hazırda gündəmdə belə bir söhbət yoxdur, amma digər tərəfdən, lazım gələrsə, ən qısa müddətdə baş tutacaq”, - Peskov Rusiya Prezidentinin gündəliyində Yekaterinburqda azərbaycanlıların tutulması ilə əlaqədar Azərbaycan lideri ilə söhbətin olub-olmaması ilə bağlı suala cavabında qeyd edib.