Yeni Zelandiyada maori əsilli iki millət vəkili, qanun layihəsinə etiraz olaraq milli rəqs etdiklərinə görə, parlamentdən 21 günlük uzaqlaşdırılıb
İnsanoid.com Xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkə tarixində deputatlar üçün verilmiş ən uzun cəza olub — indiyə qədər millət vəkilləri maksimum 3 iclasdan uzaqlaşdırılmışdı.
Maorilər — Yeni Zelandiyanın yerli xalqıdır və avropalılar gəlməmişdən əvvəl adaların əsas əhalisini təşkil edirdilər.
Maori partiyasının həmsədrləri — Nqareva-Paker və Raviri Vaititi 21 gün, 22 yaşlı millət vəkili Xana-Raviti Maipi-Klark isə 7 gün müddətinə parlamentin iclaslarından uzaqlaşdırılıblar.