15 hektar sahədə meşəbərpa tədbirləri aparılır. Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
Bu barədə 3 yanvar tarixində APA məlumat verib.
Nümayəndənin sözlərinə görə, hazırda Siyəzən, Masallı, Şamaxı, Şəki və Bərdə rayonlarının meşə fondu torpaqlarında meşə əkini və səpini işləri həyata keçirilir.
“Əkinlərdə istifadə etmək məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində ting yetişdirilməsi üçün tədarük olunan toxumların səpini işləri davam etdirilir”, - Cabbar Qəribov qeyd edib.