Yevlaxda 26 yaşlı qız qaçırılıb. Bu barədə noyabrın 30-da DİN-dən bildirilib.
Belə ki, polisə noyabrın 28-də 26 yaşlı qızın evlənmək məqsədilə oğurlanması barədə məlumat daxil olub.
Araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.
Araşdırma aparılır.