29 mart tarixində 38 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib. Bu barədə Report-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.