Neftçalada inzibati binanın ərazisindən oğurluğa cəhd edənləri polis yaxalayıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 24 dekabr tarixində xəbər verir.
Dekabrın 22-də Neftçala rayon Elektrik Şəbəkəsinin keçmiş inzibati binasının həyətindən 4 ton dəmir qırıntılarını “KamAZ” markalı avtomobillə oğurlamağa cəhd göstərən rayon sakinləri E.Əliyev, A.Həsənov və sürücü S.Həsənov saxlanılıblar.
Araşdırma aparılır.