Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərlə bağlı xəbərdarlıq edib. Bu barədə Agentlik məlumat verib.
AQTA yeni il qabağı spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, əhalini diqqətli olmağa çağırır.
"Təəssüflə bildiririk ki, bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Son vaxtlar ATQA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb”, - məlumatda bildirilib.
Məlumata əsasən, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində ümumilikdə 406 ədəd saxta alkoqollu içki aşkar olunub.