Azərbaycan sərhədini pozmaqla ölkəyə qanunsuz narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə İnsanoid Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Dekabr ayının 25-də saat 23:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 9 kiloqram 640 qram narkotik vasitəyə bənzər maddələr (7 kq 620 qram “marixuana” və 2 kq 020 qram “tiryək”)aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.