Ağstafada baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Report-un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Hadisə martın 29-da saat 11:50 radələrində Bakı-Qazax yolunda qeydə alınıb. “Mercedes-Benz Sprinter” markalı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan “Volvo” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan 3 sərnişin hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.