Sabah saat 08:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində - 150 metr məsafədə bir hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə 15 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Buna səbəb ərazidə yerüstü piyada keçidinin tikintisidir.
Qeyd olunub ki, digər 2 hərəkət zolağı açıqdır.