Bakının Şirin Mirzəyev küçəsinin bir hissəsi əsaslı təmir edilib. Bu barədə 14 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Təmir olunan bu hissənin uzunluğu 500, eni ortalama 12 metr təşkil edir.
Yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenilənib.
Eyni zamanda küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, parking yerləri ilə təmin olunub.