Noyabrın 18-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Astara şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə 15 noyabr tarixində Agentlik məlumat verib.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Astara, Lənkəran və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlər Astara rayonu “49 №-li Yol İstismarı”, Lənkəran şəhəri “48 №-li Yol İstismarı”, Lerik rayonu “52 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçməlidirlər.