Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində çətinlik yaranıb. Bu haqda martın 30-da Report-a “Azəriqaz” İB-dən bildirilib.
Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir. Səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır.
““Mavi yanacaq" təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək”, - deyə məlumatda qeyd edilib.