ABŞ-dən olan tədqiqatçılar azad olunmuş ərazilərdə səfərdədirlər. Bu barədə noyabrın 21-də APA xəbər yayıb.
Səfərə Zəngilan rayonundan start verilib. Qonaqlar ilk olaraq Ağalıda yeni salınmış kəndlə və kənd sakinlərinə yaradılan şəraitlə tanış olublar.
Nümayəndə heyəti daha sonra Cəbrayıl rayonu ərazisini - Xudafərin körpüsünü ziyarət etməyi planlaşdırır.