Abşeronda 21 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Bu barədə 9 dekabr tarixində Report məlumat verib.
Hadisə rayonun Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yerləşən fərdi yaşayış evində yaşayan, 2001-ci il təvəllüdlü Qaracayeva Tahirə Bəxtiyar qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.