Abşeron rayonunda 60 yaşlı kişi yol-nəqiyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə 20 dekabr tarixində Report məlumat verib.
Belə ki, 1962-ci il təvəllüdlü Mehdizadə Bəxtiyar Əhmədağa oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.