Xırdalan şəhərində avtomobil piyadanı vurub. Bu barədə noyabrın 16-da APA xəbər yayıb.
Hadisə Xırdalan dairəsi ərazisində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Məmmədova Xumar İlqar qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.