Abşeron rayonunda avtomobillər toqquşub, ölən var. Bu barədə 13 dekabr tarixində Report məlumat verib.
Hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Pirverdiyev İlham Tofiq oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən əks zolaqda hərəkətdə olan Cavadov İbad Salam oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə toqquşub. Nəticədə sürücü İbad Cavadov hadisə yerində ölüb.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.