Abşeron rayonunda bitum sexində yanğın olub. Bu barədə noyabrın 14-də FHN-dən məlumat verilib.
Yanğın zamanı çəndə olan 20 ton bitum yanıb. Yaxınlıqda olan digər çənlər və sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.