Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkar olunub. Bu barədə noyabrın 17-də "Azərsu" ASC məlumat yayıb.
Belə ki, Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində apartmant tipli çoxmənzilli yaşayış binasının tikintisi zamanı içməli sudan qanunsuz istifadə ortaya çıxıb.
Araşdırma nəticəsində məlum olub ki, inşaat işləri aparılarkən suya olan tələbat şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə ödənilir. Qanunsuz əməlin qarşısını almaq məqsədilə həmin xətt ləğv edilib.
Həmçinin 70-ə yaxın fərdi yaşayış evinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu məlum olub.