Abşeron rayonunun Görədil kəndində yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 3 dekabr tarixində xəbər verir.
Hər mərtəbəsi 100 kv.m olmaqla, ümumi sahəsi 200 kv.m olan ikimərtəbli evin 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət hamam otağı 50 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Abşeronda yanğın baş verib